Tuallerant xəstəliyi...

Hazırda oxunan: Tuallerant xəstəliyi...

58557

Yox, qardaşlar, səhv başa düşməyin...Bu xəstəlik yoluxucu olsa da Ebola ilə müqayisə edilə bilməz. Ebolada insanın cismi zədələnir. Bu xəstəlikdə isə insanda əsasən mənəviyyat parçalanır və zaman- zaman insan əsl mənəviyyatsız bir məxluqa çevrilir.

Adətən bu xəstəliyə siyasət adamları, beynəlxalq hüquq və media sahəsində çalışanlar yoluxurlar. Lakin Azərbaycanda yazıçıların arasında da bu xəstəliyə yoluxma halları qeydə alınıb. Sözün açığı, xəstəliyin simptomları qeyri-adidir. Tuallerantın daşıyıcıları əsasən öz ana dilində deyil, qeyri dillərdə, yəni rus, fransız və ya ingilis dilində danışmağı üstün tuturlar. Onların sosial şəbəkələrdəki dostluqlarında adətən çoxlu sayda erməni millətindən olan istifadəçilər gözə dəyir.

Bu xəstəliyə tutulanlar üçün milli qeyrət məsələsi arxa planda gözə görünməz yerdə yerləşir. Ola bilər ki, bu xəstəliyin daşıyıcısı ailə qeyrətini yüksək səviyyədə qorusun, ancaq milli məsələlərdə əsl qeyrətsizlik hökm sürür.

Tuallerant xəstələri ölkəmizdə baş verən proseslərə özlərinə məxsus baxışları ilə seçilirlər. Onlar üçün ölkəmizdə müsbət heç nə yoxdur. Hətta respublikamızın şəhər və rayonlarında aparılan intensiv quruculuq işlərinə, ölkəmizdə baş verən abadlaşma kimi deyil, yalnız korrupsiya mənbəyi kimi baxırlar. Hərçənd ki, bu insanlardan fərqli olaraq digər vətəndaşlar korrupsiyadan əlavə ölkəmizin gözəlləşməsi kimi müsbət işləri sevinclə qeyd etməyi unutmurlar.

Bu tip xəstələrlə vətənpərvərlik mövzusunda söhbətləşə bilməzsən. Onlar dərhal ”“ vətənpərvərlik əclafın son əl atdığı fırıldaqdır - deyərək sənə doktor Samueldən sitat gətirəcəklər. Bu xəstələr üçün millətsevərlik çox dəhşətli dərəcədə mənfi olan xüsusiyyətlərdən sayılır. O səbəbdən məsləhətdir ki, onlarla içtimayi yerlərdə bu mövzuda söhbət etməyəsən. Bir-iki kəlmə ilə səni MTN-in gizlin casusu kimi ətrafa tanıda bilərlər.

Tuallerant daşıyıcıların arasında geniş yayılmış bir qanadlı cümlə var- “Erməni, azərbaycanlı və ya rus - fərq etməz, əsas odur ki, demokratik və sivil düşüncəyə sahib olsun”.  Onlar üçün milli rüşvətxordansa avropalı casus-təhdidçi daha üstündür.

Bu xəstələrlə sosial şəbəkədə üz-üzə gəlsən səni erməni millətindən olan birinin yanında təhqir edər və hətta erməni ilə sənə qarşı pressinq etməkdən çəkinməzlər. Rus dilli yerli bakılı xəstələrlə bakı ermənisinin “kruquna” düşsən və əgər sənin “rayonlu” olduğunu bilsələr yüz faiz Bakının bütün problemlərini sənin üstünə yıxacaqlar. Hətta bu zaman oz aralarında Bakını bizim kimilərdən təmizləmək barədə geniş müzakirələrin aparılması istisna edilməməlidir.

Bu insanlar üçün Laura Baqdasaryan və Ermənistanın MTX sabiq naziri David Şahnazaryan Azərbaycanın yaxın dostu, Leyla Yunus ”“ Həcəri, Arif Yunus ”“ Hüseyn Cavidi, Ramiz Yunus isə, üzr istəyirəm əsl musavatçılardan ”“ az qala Məmməd Əmini sayılır. Onlar Əkrəm Əylislini vətənpərvər Azərbaycanlı, Ramil Səfərovu isə cinayətkar hesab edirlər.

Sonda əlavə edim ki, uzun uzadı şəxsi araşdırmalarımla bu nəticəyə gəldim ki, xəstəliyin virusu əsasən vətəndaşlarımızın  savadlı hissəsinin kasıb təbəqəsində daha sürətlə yayılır. Hərçənd ki, xəstələr var-dövlət topladıqdan sonra artıq bu virusdan heç cür qurtula bilmirlər. Bəzi hallarda qurtulmağa çalışsalar da sonda ya azadlıqdan, ya da həyatdan keçməli olurlar.

Xəstəliyin çatdırılma yollarını da özüm üçün aşkar etməyə cəhd etdim. Gələcək potensial xəstələrə bu xəstəliyin virusu paket vasitəsi ilə, milli və ya xarici valyuta şəklində çatdırılır.

Ancaq bu xəstəliyin qarşısını almaq mümkündür. Bunun üçün vətəndaşlarımıza sadəcə və sadəcə dövlət qayğısı lazımdır. Dövlət heç bir halda problemləri qaldıranları aradan qaldırmaqla problem həll etmək yolunu tutmamalıdır. Heç bir halda unutmaq olmaz ki, müqəddəs yer boş olmur...

Nə isə, çalışaq bu xəstəliyə tutulmayaq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin