Bakıda adam bıçaqlayan general oğlu azadlıqda

Hazırda oxunan: Bakıda adam bıçaqlayan general oğlu azadlıqda

91322

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğluna hökm oxunub.

Moderator.az xəbər verir ki, apa-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi ilə keçirilən prosesdəTamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Məhkəmənin hökmü ilə T. Əsədullayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator”x9d restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. 

Həmin faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq)  maddələri ilə cinayət işi başlanıb.

Tamerlan Əsədullayev  iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin