Bakıda gecə klubunda cinsi azlıq nümayəndəsini vəhşicəsinə döydülər

Hazırda oxunan: Bakıda gecə klubunda cinsi azlıq nümayəndəsini vəhşicəsinə döydülər

67298
Bakıda cinsi azlıq nümayəndəsini döyüblər.Hadisə Əziz Əliyev küçəsi 1 ünvanında, “Kakadu”x9d gecə klubunda baş verib. Polisə şikayət edən Ucar rayon sakini, 24 yaşlı Erkin Həsənov (ad və soyad şərtidir) bildirib ki, gecə saat 04 radələrində klubda olarkən tanımadığı şəxs onu nalayiq sözlərlə təhqir edib və vəhşicəsinə döyüb.
xa0
Faktla bağlı araşdırma aparılır.
xa0
Bakının Yasamal rayonunda da cinsi azlıq nümayəndəsinə qarşı cinayət törədilib.Yanvarın 14-də polisə müraciət edən Gürcüstan Respublikası vətəndaşı, 1991-ci il təvəllüdlü Elton Allahverənov (ad və soyadlar şərtidir) bildirib ki, internetdə tanış olduğu şəxs ona qarşı dələduzluq edib. 29-cu Polis Bölməsinə ərizə yazan 24 yaşlı oğlan qeyd edib ki, yanvarın 13-də internetdə Firudin Əbilov adlı şəxslə tanış olublar və onlar görüşmək qərarını gəliblər. Bir qədər sonra Yasamal rayonu M.Həsənov küçəsi 1 ünvanının qarşısında görüşərkən F.Əbilov E.Allahverənovun telefonunu danışmaq üçün alıb. Telefonla danışa-danışa bir qədər irəliləyən şəxs daha sonra qaçaraq uzaqlaşıb.
xa0
Bildirilir ki, polisə müraciət edən və hadisəni törədən şəxs cinsi azlıq nümayəndəsidir. /lent.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin