Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

Hazırda oxunan: Bakıda əməliyyat: 36 nəfər saxlanıldı

58909
Bakının Binəqədi rayonu ərazisində polis əməliyyat keçirib. 

Moderator.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlı olub. Saxlanılanlar barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin