Bakıda bu kişini tanıyan polisə getsin - FOTO

Hazırda oxunan: Bakıda bu kişini tanıyan polisə getsin - FOTO

56122
Polis xüsusi əməliyyat keçirib.

Bakının Xətai rayonu ərazisində polis xüsusi əməliyyat keçirib. 

Moderator.az  xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər də 8 dəfə məhkum olunmaqla 20 il həbsdə yatmış Bakı şəhər sakini, 43 yaşlı Çingiz Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üstünə baxış zamanı sandıqçasında 3 ədəd güllə olan “Makarov” markalı tapança aşkarlanaraq maddi sübut kimi götürülüb. Təxminən 2 ay əvvəl azadlığa çıxan Çingiz Hacıyev ilkin ifadəsində bildirib ki, silahı guya bir neçə gün bundan qabaq tapıb. Elə həmin vaxtdan da üstündə gəzdirməyə başlayıb. Saxlanılan şəxs onu da bildirib ki, tapançanı satmaq niyyətində olub. Bunun üçün müştəri də axtarıb. Lakin polis əməkdaşları onu yaxaladığından istəyinə çata bilməyib.
Silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini kriminalistik ekspertiza araşdırır.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq saxlanılan şəxsin soyğunçuluq və oğurluq cinayətləri törətdiyini də ehtimal etdiyindən bu istiqamətdə araşdırmalar davam etdirilir.

Fotoda gördüyünüz bu şəxsin cinayət əməllərindən zərərçəkmiş vətəndaşlardan Xətai Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin