Bir də olmaz: "Boru oğrusunun “göz yaşardan” etirafı"

Hazırda oxunan: Bir də olmaz: "Boru oğrusunun “göz yaşardan” etirafı"

253804

Tərtər Regional Qaz İstismar İdarəsi Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Evoğlu kənd ərazisində yerləşən qaz borularının oğurlandığı barədə məlumat verilib.

Moderator.az-ın ARB TV-yə istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən kənd sakinixa0Hüseyn İsmayılovxa0saxlanılıb.

Onun Tərtər Rayon Qaz İstismar İdarəsinin balansında olan ümumi uzunluğu 60 metrə yaxın qaz borularını oğurladığı müəyyən edilib.xa0

H. İsmayılovun həyətyanı sahəsinə baxış keçirilən zaman torpağa basdırdığı qaz boruları tapılaraq maddi sübut kimi götürülüb.

“Axşam gəlirdim gördüm orada kəsilmiş boru var. Kimsə kəsmişdi, geri qayıdıb ardını da mən kəsib götürdüm. Tutduğum işdən peşmanam. Bir daha belə hadisə olmaz”, - saxlanılan şəxs Hüseyn İsmayılov deyib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin