Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
xa0
DİN-in Mətbuat xidmətindənxa0daxil olan məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
xa0
Belə ki, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keirilib.
xa0
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.
xa0
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.































































































