“Lotu Quli”x9d düşməninə qalib gəldi

Hazırda oxunan: “Lotu Quli”x9d düşməninə qalib gəldi

107083

Sankt-Peterburqda “Albert Rıjiy”x9d ləqəbli məşhur azərbaycanlı “vor zakon”x9d Əli Heydərova qarşı sui-qəsdlə bağlı səs-küylü cinayət işi məhkəmədə boşa çıxıb.

Virtualaz.org saytıxa0xəbər verir ki, hakim sui-qəsd cəhdinin “killerlər”x9d tərəfindən təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan azərbaycanlı kriminal element İlham Hacıyevə tam bəraət verilib.

İstintaqın “Albert Rıjiy”x9di öldürmək üçün muzdla tutulmuş qatillər hesab etdiyi iki Rusiya vətəndaşı - Naberejnıy Çelnı şəhərinin sakinləri Aleksey Şparuta və Ruslan Koryagin isə hələ bu ilin iyul ayında başqa maddə ilə (qanunsuz silah gəzdirmə maddəsi) üzrə 2 il həbsə məhkum edilmişdi.

İndi isə məhkəmə onların üzərindən “vor zakon”x9du öldürmək cəhdi barədə ittihamı götürüb.

Aleksey Şparuta və Ruslan Koryagin 2014-cü il, martın 17-də həbs edilmişdi. Onların üzərindən Heydərov barədə məlumatlar qeyd olunmuş kağız tapılıb. Bu kağızda Heydərovun fotosu, anket məlumatları, hərəkət marşrutu və s. qeyd olunmuşdu.

Həmin şəxslər barədə Heydərovu öldürməyə cəhd ittihamı irəli sürülüb, cinayətin təşkilatçısı kimi İlham Hacıyev göstərilib.

“Prestupnaya Rossiya”x9d saytının yazdığına görə, məlumatlı mənbələr israr edirdilər ki, “Albert Rıjiy”x9də qarşı sui-qəsd doğrudan da hazırlanırdı. Bu qəsdin səbəbi Heydərovla nüfuzlu kriminal avtoritet, “Lotu Quli”x9d ləqəbli Nadir Səlifov arasında uzun müddətdir davam edən düşmənçilik göstərilir.

Rusiya DİN-in mətbuat xidməti də bildirib ki, qəsd planının sifarişçisi İlham Hacıyev “Lotu Quli”x9dnin və onun qardaşı, “vor zakon”x9d Namiq Səlifovun “sağ əli”x9d hesab olunur.

“Albert Rıjiy”x9d 1981-ci ildə anadan olub. Gənc olmasına baxmayaraq son dövrlərin ən tanınmış və dəliqanlı kriminal avtoritetlərindən hesab edilir. Azərbaycan vətəndaşıdır, Rusiyada qeyri-leqal yaşadığı haqda məlumatlar var. O, son bir ildə 3 dəfə sui-qəsdlə üzləşib, hər dəfə sağ qalmağı bacarıb. Ona tacı 2012-ci ilin payızında məşhur kriminal avtoritet “Ded Xasan”x9d qoyub.

“Kürən”x9d avtoritet “Lotu Quli”x9d ilə yanaşı digər məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”x9dnin də düşmənidir (qeyd edək ki, “Rövşən Lənkəranski”x9d ilə “Lotu Quli”x9dnin arasında da uzun müddətdir müharibə gedir).

İndi məhkəmədə baxılan sui-qəsd cəhdi isə 2014-cü ilin martında Peterburqun Moskovski rayonunda baş vermişdi. Əməliyyatçılar kriminal avtoritetə qarşı sui-qəsd hazırlandığı haqda məlumat alıblar və cinayətə az qalmış killerləri yaxalayıblar.

Killerlər Əli Heydərovu “Audi A8”x9d avtomobilində onun yaşadığı evin yaxınlığında gözləyirdilər. Onlar “Kalaşnikov”x9d avtomatı və TT tapançası ilə silahlanmışdı. Killerlər parikdə olub, yaxınlıqda onları hər ehtimala qarşı silahlı şəxslərin olduğu başqa avtomobil gözləyib.

“Kürən”x9din korteji sui-qəsdin törədiləcəyi yerə əməliyyatçıların killerləri yaxalamasından cəmi 20 dəqiqə sonra çatıb. Bir müddət sonra bu sui-qəsdin təşkilatçısı hesab edilən İlham Hacıyev Moskvada həbs olunub.

Saxlanılarkən o, qaçmağa çalışıb və balkondan tullanıb. Bu zaman əməliyyatçılar ona atəş açaraq ayağından yaralayıb.

“Fontanka.ru”x9d yazırdı ki, İlham Hacıyev “Lotu Quli”x9dnin qohumudur.

“Albert Rıjiy”x9d isə 2014-cü ilin iyun ayında Türkiyənin Ədirnə şəhərindəki restoranların birində bir qrup kriminal avtoritet arasında baş vermiş atışmanın əsas qəhrəmanlarından olub. Bu atəşmada “Albert Rıjiy”x9dlə “Zaur Naxçıvanski”x9d adlı avtoritet “Lexa İrkutski”x9d ləqəbli avtoritetin 15-ə yaxın adamı ilə atışmışdı. “Lexa”x9dnın isə “Lotu Quli”x9dnin qüdrətli qruplaşmasına daxil olduğu bildirilir.

Məhkəmə “Albert Rıjiy”x9də qarşı sui-qəsd işi üzrə ittiham olunanlara bəraət versə də onun özü tezliklə müttəhimlər kürsüsündə oturacaq. Çünki soyğunçuluq ittihamı ilə 2014-cü ilin iyul ayında həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin