MTN-in həbs olunan generalı Teymur Quliyev təcridxanada infarkt keçirdi

Hazırda oxunan: MTN-in həbs olunan generalı Teymur Quliyev təcridxanada infarkt keçirdi

101940
Bir neçə gün əvvəl DİN, Baş Prokurorluq və XDMX-nın MTN-də birgə keçirdikləri əməliyyat zamanı həbs olunmuş general Teymur Quliyevin səhhəti pisləşib. MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev qəfil infarkt keçirib və təcili olaraq yerləşdirildiyi təcridxanadan hospitallardan birinə aparılıb. Hazırda durumunun orta-stabil olduğu deyilir.
Teymur Quliyevin infarkt keçirməsinin səbəbi həddindən artıq həyacanlı və əsəbi olması olub. İddia edilir ki, qoluna qandal vurulması generala həddindən artıq pis təsir edib.

Xatırladaq ki, Teymur Quliyev 4 gün əvvəl həbs edilib. Əməliyyatçılar onu Bakının Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər və burada axtarış həyata keçiriblər./jam.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin