“Rusiya ilə aparılan əsir mübadiləsinin ilk mərhələsi çərçivəsində 205 ukraynalı vətənə qayıdıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.
Ukrayna Prezidentinin sözlərinə görə, azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələri, Ukrayna Milli Qvardiyası və Ukrayna Dövlət Sərhəd Xidmətinin hərbçiləri yer alır.
Zelenski qeyd edib ki, bu, “1000-ə 1000” formatında həyata keçirilən əsir mübadiləsinin ilk mərhələsidir.
Azad edilənlər arasında əsgərlər, çavuşlar və zabitlər var. Onların əksəriyyətinin 2022-ci ildən etibarən Rusiya əsirliyində saxlanıldığı bildirilir.
Məlumata görə, geri qaytarılan hərbçilər Mariupol və Azovstal uğrunda döyüşlərdə, həmçinin Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sumı və Kiyev istiqamətlərində iştirak ediblər. Onların bir hissəsi Çernobıl Atom Elektrik Stansiyası ətrafında xidmət aparıb.
Ukrayna lideri əsirlərin geri qaytarılması istiqamətində çalışan hər kəsə və beynəlxalq tərəfdaşlara təşəkkür edib, əsirlikdə qalan bütün ukraynalıların azad olunması üçün mübarizənin davam edəcəyini vurğulayıb.








Bizim.Media




































































































