Kirayə mənzillər 30 faiz BAHALAŞACAQ

Hazırda oxunan: Kirayə mənzillər 30 faiz BAHALAŞACAQ

613137

Xəbər verdiyimiz kimi mayın 17-dən 22-dək Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 keçiriləcək. Forum çərçivəsində Şəhərsalma Sərgisi (Urban Expo) də təşkil ediləcək. Bu həm əhatə dairəsi, həm də iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq.

WUF13 Şəhərsalma Sərgisində dünyanın 66 ölkəsindən 163-dən çox təşkilat iştirak edəcək.

Ümumilikdə isə WUF13-də dünyanın 160-dan çox ölkəsindən 30 mindən artıq qonaq iştirak edəcək.

Təbii ki, bu qədər qonağın gəlişi paytaxtın bir çox sahələrində, o cümlədən də kirayə mənzil bazarında canlanma yaradacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyir ki, ənənəvi olaraq belə tədbirlərdə tələbat artır:

“Belə tədbirlərdə sutkalıq evlərə tələbat çoxalır. COP29-da belə evlərə tələbatın nə qədər yüksək olduğunu gördük. Baxmayaraq ki, təklif kifəyət qədər deyildi. İndi də şəhərin mərkəzi ərazilərində fərdi evlərin kirayə təklifləri azdır. Halbuki belə tədbirlərdə şəhərin mərkəzində 1-2 otaqlı mənzillərə tələbat daha çox olur.Yəqin ki, 3 otaqlı mənzillərə də tələbat artacaq.

Hesab edirəm ki, tələb olunan mənzillərin qiyməti ən azı 30 faiz bahalaşacaq. Amma təklifin azlığından istifadə edənlər süni qiymət artımına da gedə bilərlər. Bunu artıq əvvəlki tədbirlərdə görmüşük. Belə vəziyyətdə kirayə haqları daha çox arta bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin