Putin də Çinə GEDƏCƏK

Hazırda oxunan: Putin də Çinə GEDƏCƏK

613264

Rusiya Prezidenti Vladimir Putin gələn həftə – mayın 20-də Çinə səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya prezidentinin Çinə səfəri birgünlük olacaq.

Mənbələr bildiriblər ki, Pekində Vladimir Putinin qarşılanması üçün təntənəli mərasim və hərbi paradın keçirilməsi gözlənilmir. Buna səbəb isə Putinlə Çin lideri Si Cinpin arasında danışıqların Rusiya və Çin arasında standart diplomatik münasibətlərin tərkib hissəsi hesab olunmasıdır.
 

Xatırladaq ki, mayın 13-də Pekində Donald Tramp ilə Si Cinpin arasında görüş keçirilmişdi.


Donald Tramp danışıqların “son dərəcə müsbət” keçdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin