Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

Hazırda oxunan: Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

635865

Rusiya hökuməti ölkəyə gələn əmək miqrantlarının orada yaşaması və çalışması üçün öncədən hazırlanması prosesinə start verməlidir.

Bizim.Media Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu tapşırığı Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin Vətəndaşlıq Məsələləri Xidmətinin rəisi Andrey Kikoç ilə görüşündə verib.

Putin miqrantların gəldiyi ölkələrin də bu şəxslərin Rusiyadakı həyata adaptasiyası, rus dilini öyrənməsi və dil müəllimlərinin sayının artırılmasında maraqlı olduğunu vurğulayıb.
 

Görüş zamanı Andrey Kikoç bildirib ki, hazırda Rusiyada eyni vaxtda 6-6,5 milyon xarici vətəndaş yaşayır. Bunların təxminən 3 milyonu əmək miqrantı, 1,7 milyonu isə onların ailə üzvləridir. Bütövlükdə il ərzində ölkəyə müxtəlif məqsədlərlə 9 milyon xarici vətəndaş gəlir. Son bir il yarım ərzində miqrasiya prosesləri Rusiya büdcəsinə 321 milyard rubl gəlir gətirib.


Məlumat üçün bildirək ki, avqust ayının əvvəlində Vladimir Putin məhkumluğu olan miqrantların Rusiyada yaşamasını qadağan edən və inzibati qaydada ölkədən çıxarılma maddələrinin sayını 22-dən 45-ə qaldıran qanunları imzalayıb. İyulun sonunda isə miqrantların ölkədə qalma qaydaları daha da sərtləşdirilərək, özlərini və ailələrini yaşayış minimumu səviyyəsində təmin edə bilməyənlərin patentinin ləğv edilməsi və 15 gün ərzində ölkəni tərk etməsi öhdəliyi qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin