Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?

Hazırda oxunan: Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?

635295

"Artıq bir neçə ildir ki, Azərbaycanda Çin avtomobilləri, xüsusilə hibrid və plug-in hibrid modellər çoxluq təşkil edir. Bugünə qədər apardığım şəxsi usta statistikasına əsasən, bu avtomobillərin 51 faizi özünü doğruldub".

Bizim.Media xəbər verir ki, bunu Milli.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

Onun sözlərinə görə, hazırda 200 min kilometrə qədər yol qət edən və ciddi texniki problem yaşamayan Çin avtomobilləri var:

"Belə avtomobillərin heç bir hissəsində dəyişiklik edilməyib. Yalnız əyləc qəlibləri, yəni nakladkalar və yağ dəyişdirilib. Bundan başqa, heç bir ciddi təmirə ehtiyac olmayıb".

S.Ağabəyli həmçinin qeyd edib ki, bu gün bəzi brend markaların elə avtomobilləri var ki, 100 min kilometr belə getmədən mühərriklərində zəncir uzanması və ya sürətlər qutusunda problemlər yaranır:
 

"İndi həmin brend markaların qiymətlərinə baxaq. 100 mindən, 200 mindən başlayan avtomobillərdir. Amma sən gedib 20 min, 30 min, maksimum 50 min manat civarında yeni avtomobil alırsan, həmin avtomobil 200 min kilometr gedir və yenə də narazılıq edirsən. Halbuki vaxtilə 100 min kilometr gedib mühərrikində problem yaranan, yüz minlərlə manat ödədiyin avtomobilə "of" demirsən.


Mən deyərdim ki, bugünkü gün Azərbaycanda olan Çin avtomobilləri qənaətbəxşdir. Hər kəsin öz büdcəsi var. Mən büdcəsinə uyğun başqa ölkələrin işlənmiş, ikinci-üçüncü əl avtomobillərini almaqdansa, yeni Çin avtomobili almasını tövsiyə edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin