İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDIRƏSMİ/ÖZƏL

Hazırda oxunan: İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDIRƏSMİ/ÖZƏL

635266

Cari ilin ilk 6 ayında 2098 nəfər əlilliyi olan şəxs işlə təmin edilib.

Bu barədə Dövlət Məşğuluq Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qanunsuz çıxarılmış neçə nəfər əvvəlki işlərinə bərpa edilib?


“Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ildə 189 386 nəfər işlə təmin edilib. Onlardan 5795 nəfərini əlilliyi olan şəxslər təşkil edib. İşlə təmin olunmuş əlilliyi olan şəxslərdən isə 1975 nəfəri qadınlar olub.

2026-cı ilin ilk 6 ayında 81 742 nəfər işlə təmin edilib. Onlardan 2098 nəfərini əlilliyi olan şəxslər təşkil edib. 540 nəfəri isə qadınlar olub.

Əlilliyi olan şəxslər onların bacarıq və imkanlarına, vakansiya tələblərinə uyğun olaraq işlə təmin edilirlər.

Həmçinin qeyd edək ki, Agentlik tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və cəmiyyətə adaptasiyası məqsədilə mütəmadi olaraq müxtəlif layihələr icra olunur”,- deyə açıqlamada bildirilib.

Verilən məlumatda vurğulanıb ki, əlilliyi olan şəxslər üçün həvəsləndirici proqramlar həyata keçirilir:

“Fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olan şəxslər üçün məşğulluq, eləcə də özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindəndir.
 

Bildiyiniz kimi, əlilliyi olan şəxslərin işlə təmin edilməsi məqsədilə işəgötürənlər üzrə iş yeri kvotası tətbiq edilir.


Bundan əlavə, əlilliyi olan şəxsləri  işlə təmin edilməsi istiqamətində aşağıdakı stimullaşdırıcı və həvəsləndirici aktiv məşğulluq proqramları da var. Bunlar sosial iş yerləri proqramı, kvotadan əlavə iş yerləri, məqsədli proqramlar və s-dir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin