Bakıda sənədsiz tikinti obyektləri söküldü – FOTO

Hazırda oxunan: Bakıda sənədsiz tikinti obyektləri söküldü – FOTO

635303

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 3 ədəd özbaşına tikinti obyekti sökülüb.
 
Bizim.Media ölkə.az-a istinadla xəbər verir ki, söküntü Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həyata keçirilib.
 
Belə ki, qurum keçirdiyi monitorinq zamanı bir müddət öncə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 3 ədəd özbaşına tikinti obyektinin inşa edilməsi faktını aşkarlayıb.
 
Baş İdarənin müdaxiləsi və müvafiq tədbirlərin təmin edilməsi nəticəsində aparılan qanunsuz işlərin qarşısı alınıb, hazırda aidiyyəti dövlət qurumları tərəfindən müvafiq qaydada söküntü işləri həyata keçirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin