Sentyabrın 7-si saat 16:30-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada 23, Neftçala, Göyçay, Salyanda 20, Şəki, Zərdabda 18, Şirvanda 17, Yevlax, Şahdağ, Göygöldə 15 m/s-yə çatır.
Saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat 16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb.
Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır.
Bizim.Media
































































































