Cəlilabad rayonunda güclü külək nəticəsində iri gövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Ağac 77-BQ-470 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobilə ciddi ziyan dəyib.
Magistral yolun digər istiqamətində də ağacların aşması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hazırda aşan ağacların yoldan götürülməsi və hərəkətin bərpası istiqamətində işlər görülür.

Bizim.Media

































































































