İlon Mask trilyonçu statusunu itirdi

Hazırda oxunan: İlon Mask trilyonçu statusunu itirdi

621161

Amerikalı sahibkar İlon Maskın sərvəti 1 trilyon dollardan 957 milyard dollara düşüb.

Bizim.Media  xəbər verir ki, bu barədə “Bloomberg” tərəfindən açıqlanan “Billionaires Index” məlumatında bildirilib.

Son dəyişikliklər nəticəsində Maskın sərvəti 118 milyard dollar azalıb.

Xatırladaq ki, iyunun 12-də “SpaceX” səhmlərinin ticarətə başlamasından sonra Mask sərvəti 1 trilyon dolları ötən ilk şəxs olmuşdu. Beləliklə, o, təxminən iki həftə ərzində trilyonçu statusunu qoruyub saxlayıb.

İyunun 22-də yayılan məlumatlara əsasən, süni intellekt layihələrinin maliyyələşdirilməsi məqsədilə investisiya dərəcəli istiqraz təklifinin elan edilməsindən sonra “SpaceX” səhmləri ardıcıl üç gün ucuzlaşıb. Eyni zamanda, ticarət məlumatlarına görə, “Tesla” səhmləri iyunun 16-dan etibarən 4,14 faiz, “SpaceX” səhmləri isə 17,13 faiz dəyər itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin