Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını AZALDIB

Hazırda oxunan: Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını AZALDIB

619558

Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya 433,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.
 

Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 21,8 % artaraq 306,2 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 83,1 % artaraq 229,7 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,7 % artaraq 178,75 milyon ABŞ dolları olub.


Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl daxil olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 3,65 dəfə artaraq 5,1 milyard ABŞ dolları təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin