Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

Hazırda oxunan: Emin Hüseynov: “Qarabağda aqrobiznes genişləndiriləcək”

618883

Qarabağda aqroparklar, aqroemal və balıqçılıq layihələri prioritet olacaq.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.
 

Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında kənd təsərrüfatının inkişafı çərçivəsində aqroparkların yaradılması, aqroemal müəssisələrinin qurulması və balıqçılıq layihələrinin təşviqi əsas prioritetlərdən biri olacaq:


"Qarşıdakı dövrdə iri və orta fermer təsərrüfatlarının yaradılması, heyvandarlıq və yemçilik təsərrüfatlarının genişləndirilməsi, bağçılıq, üzümçülük və intensiv meyvəçilik layihələrinin həyata keçirilməsi diqqət mərkəzində olacaq.

Bununla yanaşı, logistika və saxlama infrastrukturunun inkişafı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması, ixracyönümlü istehsalın təşviqi də əsas istiqamətlər sırasındadır. Məqsəd Ağdam, Füzuli və Xocavənd rayonlarını müasir aqrobiznes və aqroemal mərkəzlərinə çevirməkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin