Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

Hazırda oxunan: Ötən ay meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı

618876

Bu ilin may ayında Azərbaycanda meyvələr bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay ərzaq məhsulları üzrə qiymətlərdə həm artım, həm də azalma qeydə alınıb.

Məlumata əsasən, may ayında meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb.

Eyni dövrdə mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, ət və ət məhsulları 0,5% bahalaşıb.

Süd və süd məhsulları, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər üzrə qiymətlər 0,4%, çörək və çörək məmulatları, yarmalar, eləcə də alkoqollu içkilər isə 0,2% artım göstərib.
 

Ən çox ucuzlaşma tərəvəzlərin qiymətində qeydə alınıb - may ayında tərəvəzlər 3,1% ucuzlaşıb. Bu dövrdə yumurta 1,8%, balıq və balıq məhsulları isə 0,4% ucuzlaşıb. Tütün məmulatlarının qiymətləri isə sabit qalıb.


Qeyd edək ki, cari ilin may ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,1% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin