Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

Hazırda oxunan: Ötən il büdcə xərclərinin neçə faizi sosialyönümlü olub? – NAZİR AÇIQLADI

618870

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin təxminən 40 %-i və yaxud 15,3 milyard manatı sosialyönümlü olub, bu xərclər 2024-cü illə müqayisədə 602 milyon manat artıb.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
 

"Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib", - deyə S.Babayev qeyd edib.


Nazir, ümumilikdə, son 5 ildə sosialyönlü xərclərin 3,9 milyard manat artdığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin