Toyuq ətinin maya dəyəri aşağı DÜŞƏCƏK

Hazırda oxunan: Toyuq ətinin maya dəyəri aşağı DÜŞƏCƏK

618745

İxrac potensialının gücləndirilməsi, rəqabətin dayanıqlığı qarşımızda duran əsas hədəflərdən biridir. Burada da müəyyən mənada problemlərimiz var. Problemlərdən biri kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsindəki vaxt məsələsi idi. Artıq Dövlət Proqramına görə, buna 3 və ya 6 ay müddətində cavab veriləcək.

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsi zamanı deyib.

Şura sədri bildirib ki, bundan sonra toyuq ətinin maya dəyərinin qiymətində ən azı 72 qəpik azalma olacaq:

"Bu azalma olanda bizim ixrac potensialımız artacaq. Süfrə yumurtasını Amerika Birləşmiş Ştatlarına, o cümlədən, yaxın şərqin 10-a yaxın ölkəsinə ixrac edirik. 2025-ci ildə damazlıq yumurta 13 milyon üzərində ixrac olunub".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin