2026-cı ilin yanvar-aprel ayları ərzində Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi kəskin şəkildə azalıb.
Bizim.Media Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına istinadən xəbər verir ki, ilin ilk dörd ayında iki ölkə arasındakı qarşılıqlı mal dövriyyəsi 1 milyard 41 milyon 549,98 min ABŞ dolları təşkil edib.
Bu rəqəm 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə azdır. Bu kəskin azalma nəticəsində Rusiyanın Azərbaycanın ümumi xarici ticarətindəki mövqeyi də zəifləyib.
Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı cəmi 5,98% təşkil edib və bu ölkə xarici tərəfdaşlar siyahısında 3-cü yerdən 5-ci yerə düşüb (Ötən ilin eyni dövründə bu pay 10,78% idi).
Azərbaycandan Rusiyaya məhsul ixracı 1,3% azalaraq 318 milyon 817,54 min dollar geriləyib. İxracatda Rusiyanın payı 2,68% olub.
Rusiyadan ölkəmizə edilən idxalın həcmi 2,1 dəfə azalaraq 722 milyon 732,44 min dollara düşüb. Bununla da Rusiyadan asılılıq indeksi idxalda 18,45%-dən 13,08%-ə qədər enib.
İqtisadi ekspertlər Rusiya bazarından idxalın bu dərəcədə kəskin azalmasını regiondakı sanksiyalar, logistik çətinliklər və Azərbaycanın öz idxal xətlərini alternativ bazarlara yönəltməsi ilə əlaqələndirirlər.
Bizim.Media





































































































