Azərbaycanda orta illik inflyasiya neçə faiz olub?

Hazırda oxunan: Azərbaycanda orta illik inflyasiya neçə faiz olub?

618408

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvar-aprel aylarında orta illik inflyasiya eyni səviyyədə olub.

Azərbaycanda 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2,2 %-lə müqayisədə 5,6 %-ə çatıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqlanan son proqnozuna əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % səviyyəsində gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin