Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Hazırda oxunan: Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

618328

Qlobal aviasiya sektoru İran müharibəsi və Hörmüz probleminə görə, çöküş ərəfəsindədir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, əlavə xərclər nəticəsində dünya üzrə aviasiya sənayesinin mənfəəti iki dəfə azalaraq 23 milyard dollara düşə bilər.

Bununla yanaşı, sektorun ümumi gəlirlərinin 9,4 faiz artaraq 1,17 trilyon dollara çatacağı gözlənilsə də, yanacaq qiymətlərindəki artım bu göstəricini kompensasiya etməyəcək. Hesablamalara görə, aviaşirkətlər ümumilikdə 100 milyard dollar ziyana düşəcək.
 

Analitiklər bildirirlər ki, yaranmış vəziyyət bazarın bütün iştirakçılarına mənfi təsir göstərir. Lakin Yaxın Şərq ölkələrinin aviaşirkətləri və kiçik daşıyıcılar daha ciddi zərbə ilə üzləşirlər.


Məlumata görə, neftin bahalaşması aviabiletlərin qiymətlərinin artmasına səbəb olacaq.

Xərclərin əsas hissəsinin uzaqməsafəli və biznes reyslərinin sərnişinlərinin üzərinə düşəcəyi gözlənilir. Qısa məsafəli turizm marşrutlarında fəaliyyət göstərən aviaşirkətlərin isə tarifləri daha gec artıracağı bildirilir. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin