Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat artıb

Hazırda oxunan: Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat artıb

618184

Keçən il sosialyönlü xərclər qorunub. 15,3 milyard manat və ya büdcənin 40 faizi demək olar ki, sosialyönlü xərclərə yönəldilib. 2024-cü illə müqayisə etsək, bu rəqəm 602 milyon manat daha çoxdur. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

“Müdafiə və milli təhlükəsizlik xərcləri xüsusi olaraq ən geniş icra olunan istiqamətlərimizdən biridir. Bu istiqamətə 2025-ci ildə 8,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin təqribən 21 faizi yönəldilib. 2024-cü illə müqayisədə ötən il bu istiqamətə 1,5 milyard manat daha çox vəsait yönəldilib”, - deyə Sahil Babayev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin