Azərbaycanda əhalinin gəlirləri ARTDI

Hazırda oxunan: Azərbaycanda əhalinin gəlirləri ARTDI

618158

2025-ci il ərzində ölkə əhalisinin gəlirləri 2024-cü ilə nisbətən nominal ifadədə 8 faiz artaraq 89.9 milyard manat təşkil edib, əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 8 777.6 manata çatıb.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənib.

 

Tədiyə balansının cari hesabı üzrə profisit 3.5 milyard dollar (ÜDM-in 4.6 faizi) təşkil edib, kapital və maliyyə hesablarında 5 milyard dollar məbləğində kəsir yaranıb, ehtiyat aktivləri isə 1 milyard 444.1 milyon dollar azalıb.


2025-ci il ərzində əmtəə bazarlarında qiymətlər geosiyasi risklərin artması şəraitində formalaşmış, "Azeri Light" markalı neftin bir barelinin ortaillik qiyməti 71 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Bu, 2025-ci ilin dövlət büdcəsinin tərtibi zamanı əsas götürülmüş göstəricidən (70 ABŞ dolları) 1.4 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin