Son sutkada kriptovalyuta bazarında satış təzyiqi davam edir, qorxu indeksi 15 bəndə enib.
Bizim.Media xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,02% artaraq 2,16 trilyon dollara çatıb. Bununla yanaşı, investorların risk iştahı zəif olaraq qalır.
“Bitcoin”in qiyməti son 24 saatda 0,20% azalaraq 62 805 dollara düşüb. Dünyanın ən böyük kriptovalyutası son 7 gündə isə 11,35% dəyər itirib.
“Ethereum”un qiyməti 1 666 dollar səviyyəsində qərarlaşıb və sutkalıq dəyişiklik qeydə alınmayıb. Həftəlik ifadədə isə “Ethereum”un qiyməti 16,67% azalıb.
İlk beşlikdə yer alan BNB-nin qiyməti son 24 saatda 0,10% azalaraq 597 dollara enib. Aktiv son bir həftədə 13,17% dəyər itirib.
Digər iri kriptovalyutalar arasında “Monero”nun qiyməti 4,75% artaraq 321 dollara yüksəlib, “Bitcoin Cash”in qiyməti isə 7,53% azalaraq 205 dollara düşüb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:27 / 09.06.2026
"Bitcoin" ucuzlaşdı
Hazırda oxunan: "Bitcoin" ucuzlaşdı
Hazırda oxunan: "Bitcoin" ucuzlaşdı
618107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































