Azərbaycanın ABŞ-a ixracı 15 faizdən çox artıb

Hazırda oxunan: Azərbaycanın ABŞ-a ixracı 15 faizdən çox artıb

617622

Cari ilin yanvar–aprel aylarında Azərbaycanın ABŞ-a ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% artaraq 27 milyon 730 min dollar təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Məlumata görə, hesabat dövründə ABŞ-dan idxal isə əksinə, 28,8% azalaraq 310 milyon 878 min dollara düşüb.

Nəticədə, yanvar–aprel aylarında Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin ümumi həcmi illik müqayisədə 26,6% azalaraq 338 milyon 608 min dollar təşkil edib.

Bununla da ABŞ-ın payı Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,7%-nə bərabər olub. Dörd ayın yekunlarına əsasən, bu ölkəyə edilən ixrac Azərbaycanın ümumi ixrac həcminin 0,2%-ni, ABŞ-dan edilən idxal isə ümumi idxalın 5,6%-ni təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin