Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsi 7,4 dəfə artdı

Hazırda oxunan: Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsi 7,4 dəfə artdı

617612

Cari ilin yanvar–aprel aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 3,559 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Məlumata görə, hesabat dövründə Azərbaycanın Böyük Britaniyaya ixracı 25 dəfə artaraq 3,47 milyard dollara çatıb. İdxal isə əksinə, 74% azalaraq 89,64 milyon dollar təşkil edib.

Beləliklə, Böyük Britaniyanın payı Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20,4%-ni təşkil edib. Dörd ay ərzində bu ölkəyə edilən ixrac Azərbaycanın ümumi ixrac həcminin 29,2%-ni, ondan edilən idxal isə ümumi idxalın 1,6%-ni təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin