Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır - VİDEO

Hazırda oxunan: Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır - VİDEO

617085

Ölkə daxilində kartla ödənişlərdə banklararası xidmət haqqı artıq yeni limitlər ilə hesablanır.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, aptek və supermarketlərdə bunun yuxarı həddi 1,25 faiz, yanacaqdoldurma məntəqələrində 0,75 faiz, digər ümumi kateqoriyalarda isə maksimum 1,5 faizdir.

Bəzi fəaliyyət sahələri üzrə isə konkret yuxarı hədd tətbiq olunmayıb.

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli deyir ki, interçeync kartla ödəniş zamanı bir bankın digər banka ödədiyi xidmət haqqıdır. Məsələn, vətəndaş bir bankın kartı ilə başqa bankın POS-terminalında alış-veriş etdikdə, banklar arasında müəyyən komissiya ödənişi həyata keçirilir. Bu ödəniş isə banklar və ticarət obyektləri arasında formalaşır.

Ekspert deyir ki, burada əsas məqsəd nağdsız ödənişlərin həcmini artırmaqdır.

Ekspert bildirib ki, sahəni Mərkəzi Bank tənzimləyir. Mərkəzi Bank burada yuxarı hədd müəyyən etməklə POS-terminal şəbəkəsinin daha da genişləndirilməsinə şərait yaratmağa çalışır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin