Ukrayna Xarici Kəşfiyyat Xidmətinin hesabatına istinadən verilən məlumata görə, Çin Rusiya ərazisindən yan keçməklə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropa ilə yük dövriyyəsinin həcmini artırmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, sözügedən strateji marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir.
Ukrayna kəşfiyyat qurumunun rəsmi açıqlamasında qeyd olunub:
"Bu dəhliz üzrə loqistika Rusiya vasitəsilə həyata keçirilən tranzitlə müqayisədə daha mürəkkəb hesab olunur. Çünki o, dəmir yolu daşımalarını, liman infrastrukturunu, bərə keçidlərini və bir neçə dövlət arasında mövcud olan mürəkkəb gömrük prosedurlarını özündə birləşdirir. Lakin buna baxmayaraq, Pekin və Astana bu layihə üzərində aktiv şəkildə işləyirlər. Bunun əsas səbəbləri Rusiya Federasiyasının beynəlxalq arenada “toksik” (etibarsız) və sanksiyalar altında olan bir tərəfdaşa çevrilməsi, həmçinin hazırda qeyri-stabil olan dəniz marşrutlarını qısaltmaq istəyidir".
Analitiklərin qiymətləndirmələrinə görə, Orta Dəhliz tam gücü ilə fəaliyyətə başladıqdan sonra Rusiya Asiya ilə Avropa arasında əsas tranzit qovşağı statusunu itirə bilər. Bu isə şimal qonşumuzun iqtisadiyyatı üçün milyardlarla dollar dəyərində itki deməkdir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
19:55 / 31.05.2026
Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK
Hazırda oxunan: Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK
Hazırda oxunan: Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK
616398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































