Azərbaycan kərə yağı idxalını azaldıb

Hazırda oxunan: Azərbaycan kərə yağı idxalını azaldıb

615948

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 9 min 76 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 57 milyon 476 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 246 ton (2,6 %), dəyər baxımından 7 milyon 997 min ABŞ dolları (12 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin