Bir sıra istiqamətlərdə çox ciddi nəticələr əldə etmişik. Qeyri-neft ixracı üzrə nominal rəqəmlərimiz artıbdır. Bütün parametrlər üzrə müsbət irəliləyişlər gözlənilir və mən düşünürəm ki, qarşıya qoyulmuş hədəfləri icra etdikcə biz daha yaxşı nəticələri əldə edəcəyik.
Bizim.Media xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.
Nazir vurğulayıb ki, makro çərçivədə bütün parametrlər müsbət dinamikadadır:
“Paralel olaraq xarici dövlət borcumuz azalıb. Əhalinin nominal gəlirləri 8,08 faiz artıb, orta əmək haqqı isə 7 faizdən çox artıb və bu o deməkdir ki, sosial rifah göstəriciləri də təmin olunub”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
23:00 / 26.05.2026
Azərbaycanın xarici dövlət borcu azalıb - Sahil Babayev
Hazırda oxunan: Azərbaycanın xarici dövlət borcu azalıb - Sahil Babayev
Hazırda oxunan: Azərbaycanın xarici dövlət borcu azalıb - Sahil Babayev
615644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































