Problemli kreditlərin həcmi artıb - VİDEO

Hazırda oxunan: Problemli kreditlərin həcmi artıb - VİDEO

615183

Rəsmi statistikaya görə, artıq vaxtı keçmiş kreditlərin məbləği 600 milyon manatı keçib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə vaxtı keçmiş kreditlərin məbləği bir il ərzində 28,7 faiz artıb.

Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93,8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ekspertlər bildirirlər ki, bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olması geri ödəmə imkanlarını çətinləşdirir. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən hesab olunur.
 

Ekspertlər hesab edirlər ki, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin yüksəlməsi risklərin nəzarətdə saxlanılmasını vacib edir.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin