Nazir: "Yaşıl artım” iqtisadi inkişafın əsas istiqamətlərindən biridir

Hazırda oxunan: Nazir: "Yaşıl artım” iqtisadi inkişafın əsas istiqamətlərindən biridir

614751

“Artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilərlə deyil, həm də ətraf mühitin qorunması, sosial rifah və iqlim dayanıqlılığı prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır. İndiki və gələcək nəsillərin tələbatını ödəmək üçün “yaşıl” texnologiyaların tətbiqi, enerjidən səmərəli istifadə, habelə dairəvi iqtisadiyyata və rəqəmsal idarəetməyə keçid zəruridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.
 

O bildirib ki, şəhərlərimizin gələcəyi torpaqların və digər təbii resursların istifadəsi, infrastruktur, yaşayış sahələri ilə bağlı verilən strateji qərarlardan, plan və proqramlardan birbaşa asılıdır:


“Azərbaycan 2030: Milli Prioritetlər” sənədində "yaşıl artım” iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanın yaradılması əsas 5 hədəfdən biridir. Bu baxımdan yaşıl iqtisadiyyatın əsas komponenti olan Strateji Ekoloji Qiymətləndirmənin planlamada tətbiqi mühüm ekoloji idarəetmə alətidir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin