“Özəl lizinq şirkətlərinin payı ölkəmizdə aşağıdır və bazarda rəqabət mühiti arzu olunan səviyyəyə çatmayıb”.
Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında "Maliyyə icarəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ölkəmizdə lizinqin sektorlar üzrə bölgüsünün artmasına ehtiyac var:
"Lizinq əməliyyatları əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır. Halbuki beynəlxalq təcrübədə lizinq sənaye avadanlıqları, logistika, tikinti, tibb, texnologiya və xidmət sektorlarında da geniş tətbiq olunur. Həmçinin, lizinq xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil. Xüsusilə, kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklər yaratdığını qeyd edirlər. Bundan başqa, lizinq müqavilələri üzrə maarifləndirməyə ehtiyac var".
Deputat layihənin daha da təkmilləşdirilməsi üçün bir neçə təklif səsləndirib:
"İlk növbədə, lizinq əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var. Əks halda, özəl sektoru sahəyə cəlb etmək çətin olacaq.
İkincisi, mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş lizinq mexanizmlərinin yaradılması vacibdir. Xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların istifadəsi üçün prosedurlar daha əlçatan olmasına ehtiyac var.
Üçüncüsü, rəqəmsal lizinq platformalarının yaradılması və elektron müqavilə mexanizmlərinin genişləndirilməsi gələcək inkişaf üçün vacibdir.
Dördüncüsü, istehlakçı hüquqlarının qorunması mexanizmləri gücləndirilməsi vacibdir. Müqavilə şərtlərinin sadə və aydın təqdim olunması, risklərin əvvəlcədən izah edilməsi mühüm əhəmiyyət kəsb edir.
Beşinci olaraq, lizinq bazarının inkişafı üçün zəmanət fondları, risk paylaşma mexanizmləri və dövlət-özəl tərəfdaşlığı alətləri nəzərdən keçirilə bilər".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:16 / 27.04.2026
Bu şəxslər üçün lizinq mexanizmləri sadələşdirilə bilər – TƏKLİF
Hazırda oxunan: Bu şəxslər üçün lizinq mexanizmləri sadələşdirilə bilər – TƏKLİF
Hazırda oxunan: Bu şəxslər üçün lizinq mexanizmləri sadələşdirilə bilər – TƏKLİF
609629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































