“2025-ci ilin İş Planı çərçivəsində kənar dövlət maliyyə nəzarət tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb. Bu məbləğin 37,6%-i və ya 584,8 mln. manatı uyğunsuzluq məbləğidir. Uyğunsuzluq məbləğinin 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib.
Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib”.
Bizim.Media verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü plenar iclasında Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
O bildirib ki, ümumi nöqsanın 40,3%-i və ya 626,3 mln. manatı maliyyə təhriflərindən ibarətdir:
“Aşkarladığımız maliyyə təhriflərini iki istiqamətdə qruplaşdırmışıq. Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlılığında məlumatların əks etdirilməməsi kimi təhriflər aid olunmuşdur ki, bu təhriflər üzrə məbləğ 481,3 mln. manat təşkil edib.
Cəmi təhriflərin 145,0 mln. manatı isə digər təhriflərdən ibarət olmuşdur. Təhrif məbləğində gəlir və ya xərcin vaxtında və doğru tanınmaması yüksək pay ilə fərqlənib. Nəhayət, ümumi nöqsanın 22,1%-i və ya 342,9 mln. manatı isə səmərəsiz xərclərdən ibarət olub”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:44 / 21.04.2026
Dövlət büdcəsinə vurulmuş zərərin məbləği AÇIQLANDI
Hazırda oxunan: Dövlət büdcəsinə vurulmuş zərərin məbləği AÇIQLANDI
Hazırda oxunan: Dövlət büdcəsinə vurulmuş zərərin məbləği AÇIQLANDI
608401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































