Paytaxtda daha bir saxtakarlığın qarşısı alınıb.
Moderator.az -ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, ev 134, mənzil 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Etibar Əli oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Belə ki, satışda olan bütün malların qiymətinə 30% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, satışda olan bütün malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs Etibar Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.




































































































