“Azərbaycanda iqtisadi böhran var və son bahalaşma da bu böhranın göstəricisidir”. Bu sözləri Moderator.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlunun sözlərinə görə, məlum böhranı iki müxtəlif amil şərtləndirir: “Baş verən böhrana səbəb Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətdir. Belə ki, bugünə qədərki təcrübələr göstərir ki, sadəcə iqtisadi sektorun inkişafı fəlakətə aparır və böhrana səbəb olur. Böhranın ikinci səbəbi isə kapitalizmin dövri böhranlarıdır ki, bu da kapitalizmin öz xarakterindən irəli gəlir. Məhz bu iki amil Azərbaycandakı hazırkı bahalıq və böhranı şərtləndirir”.
Seymur Əliyev



































































































