Azərbaycandan yüklənən ilk qatarımız Türkiyə ərazisində - FOTO + VİDEO

Hazırda oxunan: Azərbaycandan yüklənən ilk qatarımız Türkiyə ərazisində - FOTO + VİDEO

202252
Dekabr ayının 5-də “Azərbaycan Dəmir Yolları”x9d QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə yola salınıb.

Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov məlumat verərək bildirdi ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salındı. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. 30 konteynerdən ibarət birinci qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb və qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.

Sevinc Qədirova,
“Azərbaycan Dəmir Yolları”x9d
Qapalı Səhmdar Cəmiyyəti
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisixa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin