DəmirBank təklif etdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin və rahatlığının təmin edilməsi məqsədilə daim yeniliklər tətbiq etməkdədir.
DəmirBank müştərilərinə növbəsiz, heç bir zaman itkisi olmadan əmanətlərinə vəsaitlərin bankın terminalları vasitəsilə əlavə etmək imkanını yaratmışdır. Bunun üçün müştəri Bank terminallarında PİN kod, şifrəni daxil etməklə və “Əmanət hesabına əlavə”x9d bölməsini seçməklə, “Yığım”x9d, “Qırmızı”x9d və “Uşaq”x9d əmanət hesablarına vəsaiti əlavə edə bilər.
Qeyd etmək lazımdır ki, DəmirBank müştərilərin tələblərinə uyğun müxtəlif növ əmanətlər təklif edir. “Yığım”x9d, “Qırmızı”x9d və “Uşaq”x9d əmanətlərinin əsas üstünlüyü müştərinin istənilən zaman vəsaiti artırmaq imkanına malik olmasıdır. “Yığım”x9d əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılmasına məhdudiyyət olmadığı üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. “Qırmızı”x9d və “Uşaq”x9dəmanətləri üzrə isə minimal mədaxil məbləği 50 AZN/USD/EUR təşkil edir.
26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “DəmirBank”x9dın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.
Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı”x9d və “Hollandiya İnkişaf Maliyyə Şirkəti”x9d (FMO) daxildir. “DəmirBank”x9d həmçinin “Fitch Ratings”x9d beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”x9d, “Planet Rating”x9d agentliyinin isə “pozitiv”x9d proqnozlu “B”x9d reytinqlərinə malikdir.
































































































