Bu gün rekord qırdıq - Yerimiz dəyişmədi+Siyahı

Hazırda oxunan: Bu gün rekord qırdıq - Yerimiz dəyişmədi+Siyahı

82424
“Bakı 2015”x9d I Avropa Oyunlarında doqquzuncu yarış günü medallar sahiblərini tapıb. 


Moderator.az xəbər verir ki, iyunun 20-i Azərbaycanın qazandığı medalların sayı 33-ə çatıb.

Bu gün də reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 29 qızıl, 17 gümüş, 13 bürünc (59).

Azərbaycan da mövqeyini qoruyub. Ölkəmiz ikinci yeri əldən verməyib (14 qızıl, 6 gümüş, 13 bürünc). Azərbaycan təmsilçisi olan gimnast Oleq Stepko bu gün aktivinə daha 3 medal yazdırıb. O, ümumilikdə Avropa Oyunlarda 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc) qazanaraq yarışlarda hələlik ən çox medal qazanan atlet adını qazanıb və rekorda imza atıb. 

Son üç gündə üçüncü yeri əldən verməyən Macarıstan isə 3 pillə geriləyib. Onun yerini Almaniya tutub (8 qızıl,  9 gümüş,  9 bürünc). 

Türkiyə isə bir pillə də geriləyib, 8-ci yerdə qərarlaşıb (5 qızıl, 3 gümüş, 15 bürünc).

Medalların sayına görə, ölkələrin onluq siyahısını təqdim edirik:
Bu gün rekord qırdıq <i style=- Yerimiz dəyişmədi+Siyahı" src="//old.moderator.az/fotobaza/original/31.png">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin