Bakıda futbol üzrə dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb.
Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər.
Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş olunub.
Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.
Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün Bakı Kristal Zalında, saat 18:00-da başlayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:42 / 30.10.2026
U-15 dünya çempionatının bağlanış mərasimi keçirildi - Video
Hazırda oxunan: U-15 dünya çempionatının bağlanış mərasimi keçirildi - Video
Hazırda oxunan: U-15 dünya çempionatının bağlanış mərasimi keçirildi - Video
645166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































