“Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

Hazırda oxunan: “Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

643186

İran Futbol Liqasında Bəndər Ənzəli stadionunda “Mələvan Ənzəli” ilə “Traktor” futbol komandaları arasında keçirilməli olan qarşılaşma azarkeşlərin azərbaycanlılara qarşı təhqiramiz və millətçi şüarlar səsləndirməsindən sonra baş tutmayıb.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, ev sahibi komandanın bəzi azarkeşləri, o cümlədən Traktorun kapitanı Şüca Xəlilzadəni hədəf alan təhqiramiz şüarlar səsləndiriblər.

Buna etiraz olaraq “Traktor”un futbolçuları meydanı tərk ediblər.

Klubun sahibi Məhəmməd Rza Zunuzi də komandanın oyunu davam etdirməməsi barədə qərar verib. Hakimlər, matçın nümayəndələri və məşqçilər arasında təxminən yarım saat davam edən danışıqlara baxmayaraq, Traktor heyəti meydana qayıtmaqdan imtina edib.

“Traktor” komandasının rəsmiləri İran Futbol Federasiyasından Mələvan klubuna qarşı sərt intizam tədbirləri görülməsini tələb edib. Klub, tələbləri yerinə yetirilmədiyi təqdirdə, məsələ ilə bağlı FİFA-ya rəsmi şikayət edəcəyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin