Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Hazırda oxunan: Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

643206

İranın xarici işlər naziri Abbas Araqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqlardan sonra bəyan edib ki, Moskva və Tehran arasındakı əməkdaşlıq hazırda tarixinin ən sıx səviyyəsindədir.

Bizim.Media xəvər verir ki, Araqçi bu barədə çərşənbə axşamı səhər saatlarında "X" sosial şəbəkəsində yazıb.

 

"İran və Rusiya tariximizdə heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyiblər", deyə o, əlavə edib.


Araqçi Lavrovla "Avropadan Qərbi Asiyaya qədər, o cümlədən Livan, Fələstin, Ukrayna və Yəmənlə bağlı bütün məsələləri" müzakirə etdiyini deyib.

Xatırladaq ki, Lavrov Tehrana bazar ertəsi Bəhreyndən gəlib. O, orada Rusiya ilə Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurası arasında strateji dialoqun 9-cu raundunda iştirak etmişdi.

Bazar ertəsi axşam Rusiya Xarici İşlər Nazirliyi məlumat verib ki, nazirin işgüzar səfəri zamanı tərəflər siyasi dialoqun intensiv xarakterini, o cümlədən parlamentlər, regionlar və işgüzar dairələr arasında mövcud olan sıx qarşılıqlı əlaqələri vurğulayıblar.

Həmçinin qeyd olunub ki, Tehrana işgüzar səfəri çərçivəsində Lavrov İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib, iranlı həmkarı Abbas Araqçi ilə "ətraflı müzakirələr" aparıb və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin