Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Hazırda oxunan: Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

643203

Dünyanın ən sürətlə böyüyən şəhərlərinin hamısı Asiya və Afrika qitələrində yerləşir. İllik artım dinamikasına görə isə siyahıya Hindistan şəhərləri liderlik edir.

Bizim.Media xəbər verir ki, bu barədə "World Population Review" təşkilatının dərc etdiyi "Dünyanın ən sürətlə böyüyən şəhərləri - 2026" hesabatında qeyd olunub.  

İlk onluqda yer alan bütün meqapolis və şəhərlər istisnasız olaraq Asiya və Afrika regionlarının payına düşür.

İllik artım sürətinə görə birinci yeri 5,2 faiz göstərici ilə Hindistanın Dehli yaxınlığındakı Qaziabad şəhəri tutur. İkinci yerdə 4,99 faizlə Hindistanın Qucarat ştatındakı Surat, üçüncü yerdə 4,74 faizlə Əfqanıstanın paytaxtı Qabil, dördüncü yerdə isə 4,44 faizlə Nigeriyanın Laqos şəhəri qərarlaşıb. Dehlinin özü ildə 3 faiz böyüdüyü halda, siyahıda Qana (Dakka - 3,79%), Keniya (Nayrobi - 4%) və Uqanda (Kampala - 4,03%) kimi ölkələrin paytaxtları da var. Afrika və Asiyadan kənarda bu templərə yaxınlaşan yeganə şəhər isə Meksikanın Toluka şəhəridir.

5 illik ümumi artım dinamikasına görə isə rekord Hindistanın Kerala ştatındakı Malappuram şəhərinə məxsusdur — burada əhali 44 faiz artıb. İkinci və üçüncü yerləri 37 faizlik göstərici ilə Vyetnamın Kantho və Çinin Suqian şəhərləri bölüşür.

Dünyanın ən çox əhalisi olan 20 meqapolisi:

Cakarta (İndoneziya)
— 41,9 milyon

Dakka (Banqladeş) — 36,6 milyon

Tokio (Yaponiya) — 33,4 milyon

Dehli (Hindistan) — 30,2 milyon

Şanxay (Çin) — 29,6 milyon

Quançjou (Çin) — 27,6 milyon

Qahirə (Misir) — 25,6 milyon

Manila (Filippin) — 24,7 milyon

Kəlküttə (Hindistan) — 22,6 milyon

Seul (Cənubi Koreya) — 22,5 milyon

Karaçi (Pakistan) — 21,4 milyon

Mumbay (Hindistan) — 20,2 milyon

San-Paulu (Braziliya) — 19,0 milyon

Banqkok (Tailand) — 18,2 milyon

Mexiko (Meksika) — 17,7 milyon

Pekin (Çin) — 17,0 milyon

Lahor (Pakistan) — 15,2 milyon

İstanbul (Türkiyə) — 15,0 milyon

Moskva (Rusiya) — 14,5 milyon

Hoşimin (Vyetnam) — 14,1 milyon

Qeyd edək ki, son onillikdə dünyanın ən sıx əhalisi olan şəhərlər reytinqində ciddi dəyişiklik baş verib. İndoneziyanın paytaxtı Cakarta 41,9 milyon əhali ilə Tokionu (33,4 milyon) geridə qoyaraq planetin ən böyük şəhəri olub. BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər Banqladeşin paytaxtı Dakka (36,6 milyon) birinci pilləyə yüksələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin