Rusiyanın Buryatiya Respublikasının Ulan-Udə şəhərində sərxoş kişi otelin yaşlı qadın əməkdaşını dəyənəklə vəhşicəsinə döyüb.
Bizim.Media "Ria Novosti”yə istinadən xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, 30 yaşlı kişi sərxoş vəziyyətdə şəhər küçələrində gəzərkən soyuq hava səbəbindən yolüstü rast gəldiyi bütün qapıları döyməyə başlayıb.
Sonra 67 yaşlı zərərçəkən qadının növbətçilik etdiyi mehmanxanaya gəlib çıxıb.
İçəri daxil olan sərxoş şəxs heç bir əsas olmadan otel əməkdaşına hücum edərək ona dəyənəklə müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:50 / 20.10.2026
Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO
Hazırda oxunan: Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO
Hazırda oxunan: Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO
643190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































